"Azərbayandan Neftçi-ni götürsək, yerli futbol çökəcək"


İdman 04 İyl 2019 10:45:00 228 0

"Azərbayandan Neftçi-ni götürsək, yerli futbol çökəcək"

"Rusiya Premyer Liqasında klubların sayı 18-ə çatdırılmalı və yalnız yerli klublar iştirak etməlidir".

Rusiyanın tanınmış məşqçisi Valeri Qazzayev yerli mətbuata müsahibəsində MDB klublarının Rusiya Premyer Liqasına cəlb olunması ideyasına münasibət bildirib.

O digər ölkə komandalarının buna müsbət cavab verəcəyinə inanmır: "Xarici klubların bizim çempionata inteqrasiyası məqsədəuyğun deyil. İlk növbədə beynəlxalq arenada kvotanı nəzərə almaq lazımdı. Axı Rusiya çempionatına keçərkən xarici klublar avrokuboklarda iştirak imkanlarından məhrum olacaqlar. Heç kim də əlavə kvotanı verməyəcək. Bu yaxınlarda Astana Çempionlar Liqasının qrup mərhələsində iştirak etdi, BATE Bayern MunichJuventus-a qalib gəldi. Onlar və azarkeşləri bundan imtina etməyə hazırdılarmı?".

65 yaşlı mütəxəssis bu prosesin digər ölkələrdə futbola mənfi təsir edəcəyini düşünür: "Hər bir ölkə çempionatının öz federasiyası var və inkişafın qayğısına onlar qalır. İnkişaf prosesi də fəal şəkildə gedir. Belarusdan BATE və ya Dinamo-nu (Minsk), Azərbaycandan Neftçi-ni, Ermənistandan Ararat-ı, Qazaxıstandan Tobol, Astana və ya Kayrat-ı götürsək, yerli futbol çökəcək, tamaşaçı marağı dərhal aşağı düşəcək və inkişaf əvəzinə tənəzzül olacaq. Bu, qonşularımızın nəyinə lazımdır?".