Dərs Evi məktəblilər üçün Yaaay! proqramını təşkil edir!


Digərləri 04 İyl 2019 11:00:00 272 0

Dərs Evi məktəblilər üçün Yaaay! proqramını təşkil edir!

Dərs Evi 8-11-сi sinif şagirdləri üçün Azərbaycanda təkrarı olmayan Yaaay! proqramını başladı. Proqramın əsas məqsədi - məktəblilərin peşə seçimini düşünülmüş qaydada etmələri üçün onlara özlərini müxtəlif ixtisaslarda sınamaq şansını verməkdir. 

Libraff-ın baş sponsorluğu ilə keçirilən proqram Paşa Bankın, Azərkosmos şirkətinin, İctimai Televiziyanın, Bakcell şirkətinin, IT Step Akademiyasının, Hilton hotelinin, İstanbul NS klinikasının, ABAD Publik Hüquqi Şəxsin, Dövlət Turizm Agentliyinin, Yarat! Müasir İncəsənət Məkanının və Park bulvarın dəstəyi ilə həyata keçirilir. 

Məktəblilər hər gün ingilis dili dərslərində, müxtəlif master klaslarda, intellektual oyunlarda və müəssisələrə səfərlərdə iştirak edərək yay tətili günlərini səmərəli keçirə bilirlər.

Proqram daxilində iştirakçılar IT, İncəsənət, Səhiyyə, Mühəndislik, Təhsil, Aqro-biznes, Maliyyə, Nəqliyyat, Telekommunikasiya, İnşaat, Turizm və hotelçilik sahələrində fəaliyyət göstərən şirkətlərə səfər etmiş, onların iş prosesi ilə yaxından tanış olub özlərini bu peşələrdə sınaya bilmişlər. 

Yaaay! proqramının birinci dalğasına qatıla bilməyən şagirdlər üçün ikinci dalğaya yazılmaq şansı verilir. İştirakçılar proqramı Azərbaycan və ya rus dillərində keçə bilərlər. Gün ərzində qidalanma, sığorta və nəqliyyat xidmətləri təşkil olunur. Sonda isə bütün iştirakçılar sertifikatlarla təltif olunurlar!