Bakıda ərzaq məhsullarının saxlanılması üçün iri anbar tikilir


Digərləri 04 İyl 2019 10:55:00 272 0

Bakıda ərzaq məhsullarının saxlanılması üçün iri anbar tikilir

Bakıda ərzaq məhsullarının saxlanılması üçün iri anbarın tikintisi 2020-ci ilin əvvəlində başa çata bilər.

Son.az xəbər verir ki, bunu Trend-ə "Nabucco Memarlıq və İnşaat" tikinti şirkətinin direktoru Kəmaləddin Məsimov deyib.

Onun sözlərinə görə, bu günədək metal konstruksiyanın quraşdırılması üzrə işlərin 20 faizi başa çatıb.

Şirkət direktoru bildirib ki, yeni obyektin tikintisində bir neçə Azərbaycan şirkəti iştirak edir:

"Hazırda özülün quraşdırılması üzrə beton işləri başa çatıb. Metal konstruksiyası da quraşdırılandan sonra digər Azərbaycan şirkəti obyektin ventilyasiyasının quraşdırılmasına başlayacaq. Obyektin gələn ilin ilk aylarında istifadəyə veriləcəyi gözlənilir".

Onun sözlərinə görə, şirkət əsasən şəxsi villalar və digər obyektlərin tikintisi ilə məşğul olur: