Xalq artistləri barışdıqdan sonra ilk dəfə bir arada
Şou-biznes 04 İyl 2019 10:50:00 240 0
Xalq artisti Səkinə İsmayılova ilə Mələkxanım Əyyubova barışdıqdan sonra ilk dəfə bir araya gəliblər.
Son.az axşam.az-a istinadən bildirir ki, onlar birlikdə "Zaurla Günaydın" verilişinə qatılıblar. Onların birlikdə görünməsi bir çoxlarını təəccübləndirib.
Aparıcı Zaur Kamal da "5/5" verilişində qonaq olan Əyyubovaya bunla bağlı suallar ünvanlayıb. O, xanəndəyə S.İsmayılova ilə küsmələri və barışmaları haqda suallar ünvanlayıb.
"Evdə bacının bacıyla, anayla da söz-söhbət olur. Biz hər zaman səhnədə bir olmuşuq. Hər zaman adımız qoşa çəkilib. Soyuqluq oldu və keçib getdi", - Mələkxanım söyləyib.
Mənbə: milli.az