43-cü sessiya çərçivəsində “Azərbaycan Xalq Sənətkarlığı” adlı geniş kitab sərgisi açılıb


Digərləri 04 İyl 2019 10:42:00 182 0

43-cü sessiya çərçivəsində “Azərbaycan Xalq Sənətkarlığı” adlı geniş kitab sərgisi açılıb

İyulun 3-də UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində təşkil olunmuş 1-ci Respublika Sənətkarlıq Festivalının açılış mərasimi keçirilib.

Bakı. Elçin Mehdiyev - İyulun 3-də UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində təşkil olunmuş 1-ci Respublika Sənətkarlıq Festivalının açılış mərasimi keçirilib. Trend-in məlumatına görə, açılış mərasimindən öncə qonaqlar Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada təşkil olunmuş “Azərbaycan Xalq Sənətkarlığı” adlı geniş kitab sərgisi ilə tanış olublar. Mədəniyyət naziri Əbülfəs Qarayev sərgi ilə tanışlıqdan sonra xalq sənətkarlıq incilərini əks etdirən belə dəyərli kitabların nəşrinin vacibliyini qeyd edərək, “Azərbaycan xalçaları Qarabağ qrupu”, “Azərbaycan xalçaları İrəvan qrupu” kimi kitabların nəfis tərtibatda və müxtəlif dillərdə nəşr edilməsini yüksək qiymətləndirib.