İraqın təhlükəsizlik qüvvələri səkkiz terrorçunu məhv edib


Digərləri 04 İyl 2019 08:05:00 186 0

İraqın təhlükəsizlik qüvvələri səkkiz terrorçunu məhv edib

Təhlükəsizlik qüvvələrinin əməliyyatı və beynəlxalq koalisiyanın hava hücumları zamanı İraqın qərbində ən azı səkkiz silahlılar zərərsizləşdirilib

Bakı. Trend. Təhlükəsizlik qüvvələrinin əməliyyatı və beynəlxalq koalisiyanın hava hücumları zamanı İraqın qərbində ən azı səkkiz silahlılar zərərsizləşdirilib. Trend-in məlumatına görə, Əl-Cəzirə əməliyyatlar qərargahı komandanlığının tərkibində olan "Həşd Hədis" briqadasının qüvvələri dörd terrorçunu zərərsizləşdirib və onların nəqliyyat vasitəsini məhv edib. Həmçinin bildirilir ki, dörd terrorçu aviyasiyanın hava zərbəsi nəticəsində zərərsizləşdirilib.