Qadınlarda sklerozlaşdırıcı dəmrov Simptomlar və müalicə


Digərləri 04 İyl 2019 06:30:00 246 0

Qadınlarda sklerozlaşdırıcı dəmrov  Simptomlar və müalicə

Son.az saglamolun.az-a istinadən mama-ginekoloq, uşaq ginekoloqu İsmayılova Xəyalənin yazısını təqdim edir.

Sklerozlaşdırıcı dəmrov, əsasən, kiçik cinsiyyət dodaqlarını, kənarını, arxa komissuranı və perianal nahiyəni zədələyir.

Zədələnmiş yerlərin dərisi həddən artıq nazik və parıltılı olur, ağımtıl rəng alır. Onun üzərində ağrılı qanayan çatlar əmələ gəlir Pasiyentlər göynəmə və yandırmadan şikayətlənirlər.

Bu cür hallarda yanlış olaraq vulvanın göbələk infeksiyası diaqnozu qoyurlar. Müntəzəm olaraq sitoloji nəzarətin həyata keçirilməsi tövsiyə edilir.

Sklerozlaşdırıcı dəmrovun gedişini ağırlaşdıran və illərlə davam edən infeksiya cinsi yetişkənlik dövründə, demək olar ki, tamamilə yoxa çıxır. Bu prosesdə estrogenlərin nə kimi rol oynadığı aydın olmayaraq qalır.

Təcrübə göstərir ki, hormonal sakitlik dövründə sklerozlaşdırıcı dəmrov zamanı estrogenli preparatların tətbiqi bu xəstəliyin müalicəsinə əhəmiyyətli təsir göstərir.