İraqın neft gəlirləri 1 milyard dollar azalıb


Dünya 04 İyl 2019 05:30:00 236 0

İraqın neft gəlirləri 1 milyard dollar azalıb

Neftin qiymətinin ucuzlaşması İraqın neft satışlarına mənfi təsir edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, iyunda ölkənin neft ixracı əvvəlki aya nisbətən 6 milyon barrel azalaraq 105 milyon barrel olub.

İyunda İraq neft ixracından 6 milyard 397 milyon dollar gəlir əldə edib. Mayda isə bu göstərici 7 milyard 329 milyon dollar idi.

İxrac gəlirlərinin düşməsi satışların azalması və neftin qiymətinin ucuzlaşması ilə əlaqədardır.