Amerika məşhur dərmana qadağa qoyur


Digərləri 03 İyl 2019 23:52:00 265 0

Amerika məşhur dərmana qadağa qoyur

ABŞ təzyiq salan dərmanı dövriyyədən çıxarır. 

Səbəb tərkibindəki birləşmənin insan orqanizminə kanserogen təsir göstərməsi, yəni şiş yarada bilməsidir.

Son.az medicina.az-a istinadən bildirir ki, ştatlarda hökümət dərmanın tərkibində NMBA (nitroz metil aminoyağ turşusu) birləşməsinin təhlükəli həddə olması aşkarlanıb. Macleods farmaseptik şirkətin istehsal etdiyi Lozartan tabletləri də təhlükəli dərmanlar siyahısına daxil edildi. 

Amerikan ekspertlər bununla belə bu dərmanı hər gün qəbul edən xəstələrə preparatdan qəfil imtina etməməyə çağırıb, təhlükəsiz alternativ dərman tapana kimi davam etmələrini tövsiyyə edib.