İsveç əhalinin siqaret çəkmədiyi ilk ölkə olmağa səy göstərir


Digərləri 03 İyl 2019 23:48:00 240 0

İsveç əhalinin siqaret çəkmədiyi ilk ölkə olmağa səy göstərir

İsveçdə insanların siqaret çəkə bildikləri yerlər növbəti dəfə qanunvericilik çərçivəsində məhdudlaşdırılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, siqaretçəkmə barlarda, restoranlarda və digər qapalı məkanlarda artıq 2005-ci ilin mayından qadağan edilib. Lakin indi İsveç ictimai yerlərdə siqaretçəkməyə aid olan yeni qanunları tətbiq etməklə, ölkənin siqaretçəkmədən tam azad olmasına doğru addım atır.

İyulun 1-dən isveçlilər bəzi ictimai yerlərdə - uşaq meydançalarının, vağzalların, avtobus və dəmir yolu stansiyalarının, hətta restoran və barların yaxınlığında siqaret çəkə bilməyəcəklər. Qanuni şəkildə qadağa həm ənənəvi, həm də elektron siqaretlərə aid edilir.

Avropa İttifaqının statistik göstəricilərinə görə, İsveç istifadə səviyyəsinə görə gündəlik siqaretçəkənlərin ən az olduğu ölkədir. Sonuncu tədbir isə Baş Nazir Stefan Lofvenin İsveçi 2025-ci ilədək siqaretçəkmədən tam azad olan ölkəyə çevirmək məqsədinin bir hissəsidir.

Bununla yanaşı, qanun müxalifətlə qarşıdurma yaradıb. Siqaret çəkən Niklas Kvarnström "Facebook"da açıq havada siqaretçəkməyə qoyulan qadağaya qarşı qrup yaradıb. O, qanunun sərtləşdirilməsinə qarşı kiçik etiraz aksiyası təşkil edib. "TT" xəbər agentliyinə müsahibəsində Niklas Kvarnström siqaret tüstüsünün onları narahat etməsini istəməyən insanları başa düşdüyünü bildirib. Lakin, eyni zamanda, Kvarnström hesab edir ki, problem təkcə dövlət hökmü ilə deyil, digər yollarla da həll oluna bilər.