Dünyanın ən yaxşı evi seçildi FOTO


Digərləri 03 İyl 2019 22:35:00 233 0

Dünyanın ən yaxşı evi seçildi  FOTO

"The Architectural Review" nəşri "AR House 2019" mükafatının qalibini elan edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, dünyanın ən yaxşı evinin seçildiyi müsabiqədə 200-dən çox layihə iştirak edib. Ancaq onların arasında Yaponiyanın Kurasiki şəhərində yerləşən ev qalib seçilib. "General Design Co" Tokio şirkəti tərəfindən hazırlanan evin təməlini köhnə tikili təşkil edir. Həmin tikiliyə dizaynerlər müasir görünüş verərək yeni texnologiyalarla təchiz ediblər və tarixi görünüşünü qoruyub saxlayıblar.

Binanın dam örtüyü tamamilə əvvəlki formasında saxlanılsa da, digər detallara cüzi dəyişiklik edilib. 


Xəbərə aid fotolar