Astronomlar kainatın ən sirli hadisələrindən birini başa düşməyə başlayıblar


Digərləri 03 İyl 2019 21:31:00 315 0

Astronomlar kainatın ən sirli hadisələrindən birini başa düşməyə başlayıblar

Astronomlar kainatın ən sirli hadisələrindən birini başa düşməyə başlayıblar.

Kosmosun müşahidəsinin tarixində ikinci dəfədir ki, tədqiqatçılar sürətli radioparıltının - bir millisaniyə ərzində Günəşin 100 il müddətində ayırdığı qədər enerji şüalandıran ifratqısa partlayışın yerini təyin edə biliblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat https://www.astronews.ru/ saytında yer alıb. Məlumatda bildirilir ki, daha əvvəl qeydə alınmış FRB 121102 adlandırılan radioparıltı təkrarlanan radioparıltıların nadir növünə aiddir. Yeni kəşf olunan radioparıltı isə aid olduğu sinfin böyük əksəriyyəti kimi təkdir.

Avstraliyada Elmi və Tətbiqi Araşdırmalar Milli Assosiasiyasından yeni tədqiqatın əsas müəllifi olan Kit Bannister "Bu sürətli radioparıltıların öyrənilməsində böyük addımdır", - deyib.

Yeni parıltıya FRB 180924 adı verilib.