Dünyada bir ilk Süni intellektlə bunu da etdilər


Digərləri 03 İyl 2019 21:16:00 199 0

Dünyada bir ilk  Süni intellektlə bunu da etdilər

Avstraliyalı alimlər 20 illik gərgin zəhmətdən sonra süni intellektdən istifadə edərək bir qrip peyvəndi kəşf ediblər.

Son.az ölkə.az-a istinadən bildirir ki, alimlərə bu işdə ABŞ dəstək verib. Alim Nikolay Petrovski peyvəndin daha əvvəl kəşf edilən peyvəndlərdən daha güclü olduğunu bildirib. Kəşf Flinders universitetində baş tutub. Petrovski bildirib ki, bu kəşf 20 il vaxt aparıb və 15 ildir ki, araşdırmalar ABŞ tərəfindən maliyyələşdirilir.

"Daha güclü peyvəndə ehtiyacımız var idi. Əgər peyvəndi bir maşının mühərrikinə bənzətsək, mühərrikə əlavə edə biləcəyimiz turbo gücləndirici kəşf etdik. Qısa müddət ərzində ABŞ-da 12 aylıq klinik testlər aparılacaq. Bu peyvəndin bir xüsusiyyəti də immunitet sisteminin qriplə mübarizədə reaksiyasını gücləndirməsidir"- deyə alim bildirib.