Milyoner kişi evlənmək istədi,


Digərləri 03 İyl 2019 20:43:00 286 0

Milyoner kişi evlənmək istədi,

ABŞ-ın Yuta ştatında evlənmək istəyən milyoner kişi bununla bağlı elan verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, elan yayımlandıqdan sonra 2500 subay qız milyonerlə evlənmək eşqinə düşüb.

Lakin müraciət edən həmin qadınların arasında yalnız 20 nəfər seçilib. Seçilən qadınlar kimliyi açıqlanmayan milyonerin təşkil etdiyi tədbirə dəvət edilib.

Tədbirə limuzinlərlə gətirilən qadınlar milyonerə nəyə görə onunla evlənməli olduğunu izah ediblər.

O, hər bir qızla 5 dəqiqə söhbət etdikdən sonra, onlara hədiyyələrini təqdim edib. Sirli milyoner növbəti günlərdə 20 nəfərin arasından seçilən qızlarla görüşəcəyini bildirib.


Xəbərə aid fotolar