Bred Pitt prodüser olacaq FOTO


Digərləri 03 İyl 2019 20:15:00 228 0

Bred Pitt prodüser olacaq  FOTO

Aktyor Bred Pitt yerini gənclərə təhvil verməyə hazırlaşır.

Son.az xəbər verir ki, 55 yaşlı kino ulduzu Avstraliyanın "GQ" jurnalının üz qabığına çəkilib.

Yaraşıqlı həmkarı Leonardo di Kaprio ilə əfsanəvi rejissor Kventin Tarantinonun "Bir dəfə Hollivudda" filmindəki rolu ilə pərəstişkarlarını sevindirən Bred film karyerası haqqında gözlənilməz açıqlamalar verib. O, sözügedən filmin müvəffəqiyyətindən sonra yaradıcılığına bir müddət fasilə verməyi düşünür.

Aktyorun fikrincə, ona artıq film prodüserliyi ilə məşğul olmaq maraqlıdır: "Kameranın digər tərəfində və layihənin istehsalından məsul olmağı xoşlayıram. Mən, həqiqətən, hesab edirəm ki, aktyorluq gənclərə daha çox yaraşır. Məsələ onda deyil ki, yaşlı aktyorlar üçün daha maraqlı, xarakterik bir obraz yoxdur. Təbii seçimi heç kim ləğv etməyib".


Xəbərə aid fotolar