Könül "Kara sevda"nın ulduzu ilə filmə çəkilir FOTO


Şou-biznes 03 İyl 2019 19:40:00 392 0

Könül "Kara sevda"nın ulduzu ilə filmə çəkilir  FOTO

Uzun müddətdir Türkiyəyə köçən aktrisa Könül Nağıyevadan yeni xəbər var.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sonuncu dəfə "Diriliş Ertuğrul" serialının iki bölümündə rol alan, daha sonra sosial şəbəkədə də profilini bağlayıb, uzaqlaşan aktrisa geri qayıdıb.

Nağıyeva qardaş ölkədə yeni filmə çəkilir. "Gerçek olamaz" adlanan ekran işində Könül "Kara sevda" ilə məşhurlaşan Kaan Urqancıoğlu ilə tərəf müqabili olacaq.

Çetin Sarıkartal, Cansu Tuman, Berkay Akın, Tülin Özen kimi tanınmışların da rol aldığı film ilin sonunda təqdim ediləcək.


Xəbərə aid fotolar