Məşhur aktrisa istirahət zamanı öldü


Digərləri 03 İyl 2019 18:32:00 230 0

Məşhur aktrisa istirahət zamanı öldü

Məşhur alman aktrisa Lisa Martinek vəfat edib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, hadisə aktrisa rejissor əri Giulo Ricciarelli və üç övladı ilə birlikdə getdiyi İtalya tətilində baş verib.

Bir yaxta kiraləyən cütlük dəniz gəzintisinə çıxıb. Aktrisa üzən zaman əri onun çətinlik çəkdiyini görüb və yaxtaya geri gətirib. 47 yaşlı Lisa vertolyot köməkliyi ilə yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Həkimlər yolda ölən qadını həyata qaytarmağa çalışsalar da, bacara bilməyiblər.