Rüfətin paltarını geyinən müğənni gecənin zövqsüzü oldu


Digərləri 03 İyl 2019 18:38:00 216 0

Rüfətin paltarını geyinən müğənni gecənin zövqsüzü oldu

Amerikalı hip-hop ifaçısı Lil Kimin "Bet Awards 2019"mərasimindəki geyimi tənqidlərə məruz qalıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyə KİV-lərinin yazdığı məlumata görə, 44 yaşlı sənətçinin azərbaycanlı modelyer Rüfət İsmayıl dizaynlı paltarı sosial şəbəkələrdə məsxərəyə qoyulub.  

İlk dəfə podiumda Çağla Şikelin təqdim etdiyi, daha sonra Xalq artisti Aygün Kazımovanın istifadə etdiyi libasın Liliyə yaraşmadığı qeyd olunub. Hətta L.Kim sözügedən geyimi ilə gecənin ən zövqsüzü seçilib. 

Mövzu barədə Rüfətin "Posta" qəzetində açıqlaması dərc olunub.


Xəbərə aid fotolar