Selyağış Yaponiyanı yudu


Dünya 03 İyl 2019 18:21:00 239 0

Selyağış Yaponiyanı yudu

Yaponiyanın Küsü adasının cənub rayonlarında aramsız yağışların səbəb olduğu daşqın və torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar 1 milyondan çox sakin təxliyə olunur.

Son.az Trend-ə istinadən bildirir ki, təxliyə iki prefekturada 517 mindən çox yaşayış evinə şamil olunub.

Meteoroloqlar iyulun 4-də güclü yağıntıların davam edəcəyini proqnozlaşdırır.

Qeyd edək ki, ötən ilin iyul ayında daşqın və sürüşmələr Yaponiyada 200 nəfərin ölümünə səbəb olmuşdu.