Masallıda həyətyanı sahədə çətənə kolları aşkarlandı


Kriminal 03 İyl 2019 18:16:00 267 0

Masallıda həyətyanı sahədə çətənə kolları aşkarlandı

Masallıda həyətyanı sahədə çətənə kolları aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Musaküçə kənd sakini A.Abuşovun həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 5 ədəd çətənə kolu aşkar edilərək götürülüb.