"Instagram" və "WhatsApp" yenə çökdü


Digərləri 03 İyl 2019 18:15:00 286 0

"Instagram" və "WhatsApp" yenə çökdü

"Instagram" sosial şəbəkəsinin işində qüsurlar yaranıb

Bakı. "Instagram" sosial şəbəkəsinin işində qüsurlar yaranıb. Trend-in məlumatına görə, ABŞ, Böyük Britaniya, Fransa, İspaniya, Portuqaliya, İtaliya, Almaniya, Danimarka, Macarıstan, Yunanıstan, Kanada və Rusiyada istifadəçilər çətinliklərlə üzləşiblər. Bundan başqa, "WhatsApp" proqramında səs fayllarının və fotoşəkillərin göndərilməsi zamanı qüsurlar da qeydə alınır.