Əlcəzairli diplomat: "Azərbaycan qədim tarixə və mədəniyyətə malikdir"


Siyasət 03 İyl 2019 17:40:00 215 0

Əlcəzairli diplomat: "Azərbaycan qədim tarixə və mədəniyyətə malikdir"

Bakıda keçirilən UNESKO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası yüksək səviyyədə təşkil edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu sessiyada iştirak edən Əlcəzairin Fransadakı səfiri Əbdülqədir Məsdua deyib.

Səfir əminliklə bildirib ki, sessiya çərçivəsində vacib qərarlar qəbul olunacaq: "Azərbaycan qədim tarixə və mədəniyyətə malikdir, ölkə təkcə daxildə deyil, dünya miqyasında da mədəni, tarixi dəyərlərin mühafizəsi üçün hər şeyi edir".