Gürcüstanda əsas ərzaq məhsullarının qiyməti bahalaşıb


Dünya 03 İyl 2019 17:13:00 246 0

Gürcüstanda əsas ərzaq məhsullarının qiyməti bahalaşıb

İyunda Gürcüstanda bir sıra ərzaq məhsullarının qiyməti artıb. Ölkədə 1 faiz inflyasiya qeydə alınıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında deyilir.

Bildirilir ki, illik inflyasiya isə 4,3 faiz təşkil edib.

Ötən ay Gürcüstanda qənd, cem, bal, şokolad və qənnadı məmulatlarının qiyməti 1,3 faiz, süd, pendir və yumurtanın qiyməti isə 0,7 faiz bahalaşıb.