Strateji yol xəritəsinin icra vəziyyəti müzakirə olunub


Digərləri 03 İyl 2019 17:08:00 237 0

Strateji yol xəritəsinin icra vəziyyəti müzakirə olunub

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin icra vəziyyəti müzakirə edilib.

Son.az bildirir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Trend-ə verilən məlumata görə, bununla bağlı agentlikdə strateji yol xəritəsi üzrə yaradılmış müvafiq işçi qruplarının növbəti iclasları keçirilib.

İqtisadiyyat, Təhsil, Rabitə və Yüksək Texnologiyalar, Ədliyyə, Gənclər və İdman nazirliklərinin, KOBİA-nın, Azərbaycan Milli Elmlər Akademiyasının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi iclaslarda biznes inkubatorların inkişafı, sahibkar düşüncə tərzinin təşviqində beynəlxalq təcrübənin öyrənilməsi, KOB subyektləri üçün "ömür boyu öyrənmək" imkanlarının təmin edilməsi, dövlət-özəl əməkdaşlığının genişləndirilməsi, biznes assosiasiyalarının gücləndirilməsi, qadın sahibkarlığına informasiya dəstəyinin göstərilməsi, KOB-lar üçün model müəssisələrin yaradılması və Strateji Yol Xəritəsində nəzərdə tutulan digər istiqamətlərdə görülmüş işlər müzakirə edilib, növbəti dövr üçün hədəflər və fəaliyyət istiqamətləri müəyyən edilib.