Türk yazar “Kubinka”da heyrətə gəldi:


Digərləri 03 İyl 2019 16:55:00 201 0

Türk yazar “Kubinka”da heyrətə gəldi:

Türkiyə ilə ABŞ arasında gərginliyə səbəb olan Rusiya istehsalı S-400 hava hücumundan müdafiə sistemi ilə silah poliqonunda tanış olduq. İkinci adı "Triumf", yəni "Möhtəşəm Zəfər" olan S-400-lər ABŞ istehsalı "Patriot"lara nəzərən daha dar sahədə - 10 metr eni olan bir məkanda belə yerləşdirilə bilir.

Son.az axar.az-a istinadən xəbər verir ki xəbər verir ki, bu, Rusiyaya səfər etmiş "Hürriyət" yazarı Nerdun Hacıoğlu reportajında əksini tapıb.

Hacıoğlu Moskva yaxınlığındakı "Kubinka" poliqonunda müşahidə etdiyi S-400 zenit raket komplekslərinin imkanlarından yazıb:

"Sistemə NATO tərəfindən verilən kod adı "SA-21 Grovler"dir. 28 aprel 2007-ci il tarixində Rusiya tərəfindən öz müdafiəsini təşkil etmək məqsədilə istifadəsinə başlanılan S-400-lərdən hazırda 432 ədədi istismardadır. Sistemin təqdimatını keçirən "Almaz-Antey" hərbi sənaye ekspertlərinə görə S-400-lər ABŞ-ın "Patriot" sistemindən çox üstün bir texnikadır. Müdafiə sisteminin əsas üstünlükləri istifadəsində olan 600 kilometrlik radar, yüksək sürətli raket və şaquli atəş bacarığıdır. Bu mənada S-400-ün buraxılış qurğusu 10 metr genişlikdə bir küçəyə belə quraşdırıla bilər. Start motoru əvvəlcə raketi yuvasından 50 metr yüksəkliyə itələdikdən sonra əsas raket işə düşərək hədəfə yönəlir. ABŞ-ın "Patriot" sistemi raketləri isə 45 dərəcəli bucaqdan yalnız öz raket motorunu istifadə edərək buraxılır. Buna görə də atış həyata keçirmək üçün qarşısında ən azı futbol meydançası uzunluğunda boş sahə olmalıdır".

Jurnalist, həmçinin S-400-lərin hansı texnikalara və sistemlərə qarşı istifadə ediləcəyi barədə də məlumatları paylaşıb:

"Rus mütəxəssislər S-400 sistemlərinin NATO və ABŞ-a aid təyyarələrə qarşı effektiv olduğunu söyləyir. Sözügedən hədəflər bunlardır: B-1B, FB-11, B52 strateji bombardman təyyarələri, EF-111A, EA-6 elektron döyüş təyyarələri, TR-1 casus təyyarəsi, E-3A, E2C AVACS təyyarələri, F-15, F-16, F-18 taktiki döyüş təyyarələri, B-2, F-35 və F-22 təyyarələri, "Tomahavk" tipli raketlər və orta mənzilli ballistik raketlər.

S-400 uzun mənzilli zenit raket kompleksi batereyası ən azı 3 mobil vasitədən ibarətdir. Birincisində idarəetmə məntəqəsi, ikincidə radar, üçüncüdə isə raketlərin buraxılış qurğusu yerləşdirilib. S-400-lərin mənzilini buraxılan raketin növü müəyyən edir. Ən geniş mənzil "48N6E2", ən qısa isə "9M96E" raketləri ilə təmin edilir".