Şarl Mişel kimdir?


Dünya 03 İyl 2019 16:27:00 396 0

Şarl Mişel kimdir?

Avropa İttifaqı Şurasının yeni prezidenti olacaq Şarl Mişel "bir dolu çanta təcrübəyə malik olan" insan kimi məşhurdur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, gənclərin də dəstəklədiyi Şarl Mişel Belçikanın daxili siyasəti sahəsində zəngin təcrübəyə malikdir, üstəlik, cavan olmasına baxmayaraq, siyasətdə veteran sayıla bilər.

Fransızdilli ölkələrin liberal mühitində üstün fiqurlardan biri sayılan Mişel 2014-cü ildə hökumət koalisiyasında ali vəzifəni tutandan əvvəl partiya lideri və Nazirlər Kabinetinin rəhbəri olub.

Həmkarlarının təbirincə desək, Mişelin "damarlarında siyasət qanı axır". Onun atası Lui Mişel Avropa Komissiyasında Belçika Nazirlər Kabinetində funksioner olub. Şarl Mişel Brüsseldə və Amsterdamda hüquq təhsili alandan sonra Valliyanın Brabant əyalət şurasında çalışıb.

1999-cu ildə 23 yaşlı Şarl Mişel Belçika parlamentinin ən gənc deputatı olub. Bir ildən sonra Valloniya regional administrasiyasında nazir, daha sonra Belçikanın beynəlxalq inkişaf məsələləri üzrə naziri vəzifələrini tutub.

2010-cu il seçkilərində frankofon liberallar uduzanda Mişel bu partiyada liderlik uğrunda mübarizədə Didye Reynderslə qalib gəlir. Şarl Mişelin atasının dövründə başlanmış bu rəqabət hələ də davam edir.