Avropa Parlamentinə yeni sədr seçildi


Dünya 03 İyl 2019 16:14:00 224 0

Avropa Parlamentinə yeni sədr seçildi

Avropa Parlamentinin sədri seçkilərində dörd namizəddən heç biri mütləq səs çoxluğu yığa bilməyib.

Son.az Trend-ə istinadən bildirir ki, italiyalı namizəd David Sassoli 325 səs toplayıb ki, bu da tələb olunan 50 faiz+1 həddindən azdır.

Digər namizədlər arasında çexiyalı Yan Zaqradil 162, almaniyalı Ska Keller 133 və ispaniyalı Sira Reqo 42 səs toplayıb.

Ümumilikdə səsvermədə 662 deputat iştirak edib.