“Qardaşımın elə sevgilisi olmayıb”


Digərləri 03 İyl 2019 16:05:00 246 0

“Qardaşımın elə sevgilisi olmayıb”

Avtomobil qəzası nəticəsində dünyasını dəyişən idmançı Fərhad Poladovun qardaşı Kamran Poladov açıqlama yayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, İnstaqram səhifəsində video paylaşaraq mərhum idmançının sevgilisi kimi özünü təqdim edən Ülkər Abbaslı barədə danışıb. 

Kamran ağlayaraq video çəkib paylaşan xanımın Fərhadla əlaqəsinin olmadığını bildirib: "Ülkər Abbaslı kimdir? Mənim qardaşımın o adlı sevgilisi olmayıb. Bunu bilənlər bilir. Hamı bilir ki, qardaşım necə mərd, qeyrətli oğlandır. Ülkər hara, mənim qardaşım hara... Bizə dəstək olanlara minnətdarıq, çox sağ olun".