Qarabağ Şehiçi geri qaytarır


İdman 03 İyl 2019 16:00:00 244 0

Qarabağ Şehiçi geri qaytarır

Qarabağ sabiq qapıçısı İbrahim Şehiçi yenidən heyətinə qatmaq istəyir.

Goal.az bih.ba saytına istinadən xəbər verir ki, Erzurumspor"un oyunçusu ilə Türkiyənin Trabzonspor, Kasımpaşa, Gazişehir Gaziantep komandaları ilə yanaşı Azərbaycan çempionu da maraqlanır.

Ötən mövsümün nəticələrinə əsasən, Super Liqanı tərk edən Erzurumspor-un prezidenti Hüseyn Ünes Türkiyə mətbuatına açıqlamasında qolkiperi komandada saxlamaq üçün mübarizə aparacaqlarını bildirib: "Türkiyə klubları ilə yanaşı, digər Avropa klubları da onu transfer etmək istəyir. Ancaq bizim mövqeyimiz bəllidir. Qalmasını istəyirik".

Qeyd edək ki, İbrahim Şehiç 2013 - 2018-ci ildə Qarabağ-da çıxış edib.