Prokuror yarım milyon manata yaxın dələduzluq edən şəxsə 9 il cəza istədi


Digərləri 03 İyl 2019 15:48:00 178 0

Prokuror yarım milyon manata yaxın dələduzluq edən şəxsə 9 il cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Elmar Məlikovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Elmar Məlikovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror çıxış edib. Dövlət ittihamçısı E.Məlikovun 9 il azadlıqdan məhrum edilməsini istəyib. Proses iyulun 10-da müdafiə tərəfinin çıxışları ilə davam edəcək.