Yaponiyada bir milyona yaxın insan təxliyə ediləcək


Dünya 03 İyl 2019 15:33:00 184 0

Yaponiyada bir milyona yaxın insan təxliyə ediləcək

Yaponiyanın cənub-qərbindəki Kaqoşima bölgəsində müşahidə edilən güclü yağışlar səbəbilə 3 şəhərdə 800 min nəfərin evakuasiyası barədə qərar qəbul edilib.

Son.az qaynarinfo-ya istinadən xəbər verir ki, əhaliyə güclü yağışların sel və torpaq sürüşmələrinə səbəb ola biləcəyi barədə xəbərdarlıq ünvanlanıb.

Qeyd edək ki, ötən ilin iyul ayında güclü yağışlar Yaponiyada 222 nəfərin həyatına son qoymuşdu.