Şarl Mişel Avropa İttifaqı Şurasının yeni prezidentidir


Dünya 03 İyl 2019 14:59:25 213 0

Şarl Mişel Avropa İttifaqı Şurasının yeni prezidentidir

Bir qədər əvvəl yayılmış məlumata görə, Avropa Komissiyasının yeni sədri Almaniyanın keçmiş müdafiə naziri Ursula fon der Lyayen olacaq.

Sonradan Avropa İttifaqı Şurasının prezidenti vəzifəsinə namizəd də müəyyən edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Aİ üzvü olan ölkələrin dövlət və hökumət başçılarının sammitində Avropa İttifaqı Şurasının növbəti prezidenti vəzifəsinə Belçikanın Baş Naziri Şarl Mişelin namizədliyi barədə razılıq əldə edilib. Şarl Mişel bu vəzifədə Donald Tusku əvəz edəcək. Tusk "Twitter" şəbəkəsindəki mikrobloqunda yazır: "Avropa Şurası Avropa İttifaqı Şurasının yeni prezidenti vəzifəsinə Şarl Mişeli seçib".

Xatırladaq ki, Aİ üzvü olan ölkələrin dövlət və hökumət başçılarının iyunun 20-21-də Brüsseldə keçirilmiş sammitində Avropa Parlamentinə seçkilərdən sonra Aİ təsisatlarında ali vəzifələri tutacaq namizədlər barəsində razılığa gəlmək mümkün olmayıb. Bununla bərabər, Aİ liderləri arasında Avropa Komissiyasının yeni prezidenti vəzifəsinə namizəd barəsində fikir ayrılıqları yaranıb və Tusk Aİ ölkələrinin liderləri ilə ikitərəfli görüşlər keçirmək üçün sammiti yarımçıq dayandırıb.