Azərbaycanda 25 min manata satılan mobil telefon nömrəsi


Digərləri 03 İyl 2019 15:24:00 258 0

Azərbaycanda 25 min manata satılan mobil telefon nömrəsi

Dünyada mobil telefon nömrələrinin gözqamaşdırıcı qiymətə satılması təcrübəsinə tez-tez rast gəlinir. Məsələn, bir neçə il əvvəl 666-66-66 nömrəsi Qatarın paytaxtı Doha şəhərində yerli telekommunikasiya şirkəti tərəfindən satışa çıxarılmış və 10 dəqiqəlik hərrac zamanı 2 milyon 750 min dollara satıldı. Satışdan əldə edilən gəlir yerli xeyriyyə fonduna və Qatar əhalisinə tibbi xidmətin göstərilməsi şərtlərinin yaxşılaşdırılmasına yönəldilmişdi.  135 85-85-85-85 nömrəsi isə Çində təşkil olunan internet-hərracda 1 milyon 100 min ABŞ dollarına satılmışdı. Rəqəmlərin bu ardıcıllığı çin dilində "Qoy mən varlı olum, varlı olum, varlı olum, varlı olum" anlamına gəlirdi. 

88-88-88-88 nömrəsi isə 285 min ABŞ dollarına Çinin Siçuan əyalətində bir aviaşirkətə satılmışdı. Çində belə hesab edilir ki, 8 rəqəmi uğur, xoşbəxtlik və zənginlik gətirir.

Azərbaycanda da "qızıl nömrə" kimi təqdim edilən mobil telefon nömrələrinin öz həvəskarları var. Məsələn, bu günlərdə ölkəmizdə 25 min manata mobil telefon nömrəsi satışa çıxarılıb. 

Son.az bildirir ki, qaynartinfo-nun məlumatına görə, 050 21155 85 nömrəsinin qiyməti məhz bu qədərdir. 

Qeyd edək ki, Azərbaycanda əksər iri məmurların və iş adamlarının mobil telefon nömrəsi nəyə görəsə, bir qayda olaraq, 211-lə başlayır.  Bu rəqəmlərlə başlayan nömrələr arasında 14 min manata (050 211 58 56) satılan da var, 15 min manata satılan da (050 211 59 69). 

050 211 16 21 nömrəsini isə 10 min manata almaq olar.