Göyçayda "VAZ" aşdı, 3 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi


Digərləri 03 İyl 2019 15:00:00 204 0

Göyçayda "VAZ" aşdı, 3 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Göyçay rayonunda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb.

Bakı. Samir Əli - Göyçay rayonunda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, hadisə rayonun Alpout kəndi ərazisində qeydə alınıb. Kənd ərazisində hərəkətdə olan "VAZ-2106" markalı avtomobil yüksək sürət nəticəsində idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində avtomobildə olan 3 nəfər - rayonun Qaraxıdır kənd sakinləri, 1995-ci il təvəllüdlü Abdullayev Salam Əliyar oğlu, 1995-ci il təvəllüdlü Əhmədov Elşən Mehman oğlu və 1995-ci il təvəllüdlü Xudaverdiyev Mehdi Sədiyar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda hər 3 xəstənin vəziyyəti ağır qiymətləndirilir.