43-cü sessiyada milli parkların və su mənbələrinin qorunması məsələləri müzakirə edilib


Digərləri 03 İyl 2019 15:16:00 182 0

43-cü sessiyada milli parkların və su mənbələrinin qorunması məsələləri müzakirə edilib

İyulun 3-də Ümumdünya İrs Komitəsinin sessiyasının plenar iclasında milli mülkiyyətlərlə bağlı məsələlərin müzakirəsi davam etdirilib.

Bakı. Elçin Mehdiyev - İyulun 3-də Ümumdünya İrs Komitəsinin sessiyasının plenar iclasında milli mülkiyyətlərlə bağlı məsələlərin müzakirəsi davam etdirilib. Trend-in məlumatına görə, üzv ölkələrin nümayəndələri diqqətə çatdırıblar ki, milli parkların qorunması, su mənbələrinin çirklənməsi məsələləri diqqətdə saxlanılmalı və qoruyucu tədbirlər görülməlidir. Küveyt, Zimbabve, Avstraliya, Kuba və Çin tərəfindən dəniz dibinin dərinləşməsi, monitorinq, tərəflərin idarəçilik planı və milli parklarda qorunan heyvanlarla bağlı əlavə tədbirlər həyata keçirilməlidir. Daha sonra sessiyanın gündəliyində Vyetnamda “Phong Nha Ke Bang” milli parkı ilə bağlı məsələ müzakirə edilib. Vurğulanıb ki, parkda aparılacaq tikinti işləri ərazinin flora və faunasına mənfi təsir göstərə bilər. Milli parkın Ümumdünya İrs Komitəsi tərəfindən nəzarətə götürülməsi və buna qarşı addımlar atılması təklif olunub. Məsələ ilə bağlı hazırlanan hesabatdakı bəndlər müzakirə edilib. Üzv ölkələr Vyetnamın qabaqlayıcı tədbirini yüksək dəyərləndiriblər.