Avropa Parlamenti sədrini seçə bilməyib - SƏBƏB


Digərləri 03 İyl 2019 14:40:00 210 0

Avropa Parlamenti sədrini seçə bilməyib - SƏBƏB

Avropa Parlamentinin sədri seçkilərində dörd namizəddən heç biri mütləq səs çoxluğu yığa bilməyib

Bakı. Avropa Parlamentinin sədri seçkilərində dörd namizəddən heç biri mütləq səs çoxluğu yığa bilməyib. Trend-in məlumatına görə, italiyalı namizəd David Sassoli 325 səs toplayıb ki, bu da tələb olunan 50 faiz+1 həddindən azdır. Digər namizədlər arasında çexiyalı Yan Zaqradil 162, almaniyalı Ska Keller 133 və ispaniyalı Sira Reqo 42 səs toplayıb. Ümumilikdə səsvermədə 662 deputat iştirak edib.