Antalyada avtoqəza - Əcnəbi turistlər yaralandı


Digərləri 03 İyl 2019 14:45:00 183 0

Antalyada avtoqəza - Əcnəbi turistlər yaralandı

Türkiyənin Antalya vilayətində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Rufiz Hafizoğlu - TRend: Türkiyənin Antalya vilayətində yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 8 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. Yaralanan turistlərdən 6 nəfərin Almaniya, 2 nəfərin isə Rumıniya vətəndaşları olduğu qeyd edilir. Yaralılar xəstəxanaya yerləşdirilir. 2 yaralının vəziyyəti ağır qiymətləndirilir.