Keçmiş MTN zabiti yenə məhkəməyə gəlmədi


Digərləri 03 İyl 2019 14:33:00 171 0

Keçmiş MTN zabiti yenə məhkəməyə gəlmədi

Bakı Hərbi Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Bakı. Samir Əli - Bakı Hərbi Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Trend-in məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə V.Mahmudovun məhkəməyə gətirilmədiyi elan olunub. Bu səbəbdən proses iyulun 22-dək təxirə salınıb. Qeyd edək ki, iş üzrə ötən məhkəmə prosesi də eyni səbəbdən təxirə düşmüşdü. V.Mahmudov ötən il noyabr ayının əvvəlində həbs edilib.