UNESKOnun Ümumdünya İrs Komitəsinin 43cü sessiyasında milli mülkiyyətlərə aid məsələlər müzakirə edilib FOTO


Kriminal 03 İyl 2019 14:03:00 243 0

UNESKOnun Ümumdünya İrs Komitəsinin 43cü sessiyasında milli mülkiyyətlərə aid məsələlər müzakirə edilib  FOTO

UNESKO-nun Ümumdünya İrs Siyahısına salınan mədəni mirasın qorunma vəziyyəti haqqında hesabat dinlənilib.

Son.az Trend-ə istinadən bildirir ki, Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 3-də milli mülkiyyətlərə aid məsələlərin müzakirəsi ilə işini davam etdirib.

Sessiyanın növbəti günündə

Tədbiri açan sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev müzakirə olunacaq hesabatdan danışıb və hər kəsi müzakirələrdə fəal olmağa çağırıb.

Sessiyada iştirakçı ölkələrin nümayəndələri Asiya-Sakit okean regionunda yerləşən mədəni mirasın real vəziyyətindən söz açıblar.

Tədbirdə Norveç, Braziliya, Macarıstan, Tanzaniya, Küveyt, Qvatemala, Tunis, Avstraliya, Azərbaycan, Çin və digər ölkələrin təmsilçiləri təqdim olunan hesabatla bağlı fikirlərini bildiriblər.