Onlar imtahanlarda maksimum bal toplayıblar:


Digərləri 03 İyl 2019 13:57:00 207 0

Onlar imtahanlarda maksimum bal toplayıblar:

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 23-də I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarının nəticələrini açıqlayıb.

DİM-in açıqlamasına görə, imtahanda I ixtisas qrupu üzrə yeddi abituriyent test tapşırıqlarına düzgün cavab verib və maksimum, yəni 400 bal toplayıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, maksimum bal toplayan abituriyentlərdən biri Elza Qurbanovadır. O, Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunudur.

E.Qurbanova deyir ki, bakalavr təhsilini Azərbaycanda almağı planlaşdırır:

"Mühəndis olmaq istəyirəm. Bakı Ali Neft Məktəbində təhsil almağı arzulayıram. Bu arzumu reallaşdıracağam.

Magistratura təhsilini isə xaricdə almağı düşünürəm. Qəbul və buraxılış imtahanları ilə birlikdə ümumi balım 688,6-dir. Valideynlərimin və müəllimlərimin də əməyi çoxdur, onlara təşəkkür edirəm".