Gözəllik salonunda arvadına 12 bıçaq vurdu və...


Digərləri 03 İyl 2019 13:13:46 160 0

Gözəllik salonunda arvadına 12 bıçaq vurdu və...

Bakı Ağır Cinayətlər Məhkəməsinə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Zaur Rzayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsinə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Zaur Rzayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən hadisə baş verən ərazinin sahə inspektoru Zaur Qasımov bildirib ki, hadisədən əvvəl də zərərçəkmiş Aynur Rzayeva keçmiş həyat yoldaşı ilə aralarındakı problemə görə ona müraciət edib. Buna görə də protokol tərtib edilib, Zaur Rzayevə xəbərdarlıq olunub. Sahə inspektoru deyib ki, hadisə günü Zaur Rzayev ona zəng edərək keçmiş yoldaşını bıçaqladığını söyləyib. Təqsirləndirilən Zaur Rzayev də deyilənləri təsdiqləyib. O bildirib ki, hadisədən sonra polisə təslim olub. Hakim məhkəmə istintaqının başa çatdığını elan edib. Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.