"Əli Mirəliyevlə dostluq etmək mümkün deyil"


Şou-biznes 03 İyl 2019 12:45:00 232 0

"Əli Mirəliyevlə dostluq etmək mümkün deyil"

Aparıcı Rövşanə Ağasəfqızı "Səhər-səhər" verilişinin qonağı olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, proqramda aparıcılardan biri olan müğənni Əli Mirəliyevin aqressiv danışığı Ağasəfqızını özündən çıxarıb. Rövşanə heç vaxt onunla dostliq etməyəcəyini söyləyib:

"Qətiyyən, Əli Mirəliyevlə dost ola bilmərəm. İmkan vermir danışmağa, durum gərək gedim efirdən. Onunla dostluq mümkün deyil. Elə hay-küylü, imkan verməyən danışmağa... Elə insanla dostluğum olmaz. Qadınla kişinin dostluğuna gözəl baxıram. Mənim də qazandığım kişi dostlarım çoxdur".