Cinayət törətməkdə şübhəli bilinən 11 nəfər saxlanılıb


Digərləri 03 İyl 2019 12:49:10 186 0

Cinayət törətməkdə şübhəli bilinən 11 nəfər saxlanılıb

Ötən gün ərzində törədilmiş 8 cinayətin üstü “isti izlər”lə açılıb.

Bakı. Samir Əli - Ötən gün ərzində törədilmiş 8 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 4 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.