"Bakıda özünü təhlükəsiz hiss edirsən"


Dünya 03 İyl 2019 12:26:00 191 0

"Bakıda özünü təhlükəsiz hiss edirsən"

Bakıda özünü təhlükəsiz hiss edirsən.

Son.az Trend-ə istinadən bildirir ki, bunu mədəni irsin mühafizəsi üzrə ekspert Nina Petuxova Bakıda keçirilən UNESCO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında deyib.

O qeyd edib ki, şəhər daim hərəkətdədir və özünəməxsus enerjisi var:

"Bakı irəli addımlayır, müasir memarlıq sürətlə inkişaf edir".

O, həmçinin tədbirin yüksək təşkil edildiyini vurğulayıb.

Qeyd edək ki, 43-cü sessiyaya xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, ümumilikdə 180-dək ölkədən 2500-dən çox iştirakçı qatılıb.