Ukrayna nümayəndəsi: Azərbaycan UNESKO Ümumdünya İrs Komitəsində mühüm ölkələrdən biridir


Digərləri 03 İyl 2019 12:17:00 180 0

Ukrayna nümayəndəsi: Azərbaycan UNESKO Ümumdünya İrs Komitəsində mühüm ölkələrdən biridir

Bakıda keçirilən UNESKO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası bu şəhərdə baş tutan bütün tədbirlər kimi yüksək səviyyədə təşkil edilir

Bakı. Bakıda keçirilən UNESKO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası bu şəhərdə baş tutan bütün tədbirlər kimi yüksək səviyyədə təşkil edilir. Bunu Trend-ə sessiyada iştirak edən Ukrayna nümayəndə heyətinin üzvü Georgi Selski deyib. G.Selski qeyd edib ki, Azərbaycan UNESKO Ümumdünya İrs Komitəsində mühüm ölkələrdən biridir. Ukrayna nümayəndə heyətinin üzvü əlavə edib ki, bu tədbiri keçirməklə Azərbaycan dünya mədəni irsinin mühafizəsi məsələsinə vacib töhfə verir. Qeyd edək ki, 43-cü sessiyaya xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, ümumilikdə 180-dək ölkədən 2500-dən çox iştirakçı qatılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin