Galatasaray daha 2 transferi açıqladı


İdman 03 İyl 2019 11:35:00 263 0

Galatasaray daha 2 transferi açıqladı

Galatasaray heyətinə daha iki futbolçu cəlb edib.

Goal.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi yarımmüdafiəçi Cimmi Durmaz və müdafiəçi Şener Özbayraklını transfer edib. Özbayraklı ilə 2 illik müqavilə imzalanıb. O, Galatasaray-a azad agent kimi keçib. Türk əsilli isveçli Cimmi Durmaz isə 3 illik sazişə qol çəkib.

Qeyd edək ki, Galatasaray bir neçə gün əvvəl Rayan Babel, Adem Büyük və Valentine Ozornvaforu da transfer etdiyini açıqlamışdı.

"Qalatasaray" daha 2 transferi açıqladı