Oturuşu Damlanın başına bəla oldu


Şou-biznes 03 İyl 2019 11:41:00 294 0

Oturuşu Damlanın başına bəla oldu

Müğənni Damla sosial şəbəkədə paylaşdığı fotoya görə tənqid edilib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, izləyicilər sənətçinin oturuş qaydasını ələ salıblar. İstifadəçilərin hər zaman uzun ətəkdə görməyə alışdığı Damlanın qısa geyimi onları təəccübləndirib.

Sənətçinin ünvanına "Səni çox sevirəm, amma oturuşun xoş deyil, sənə yaraşmadı. Yaraşmadı bu oturuş... Ətəyini bir az da qaldır" kimi şərhlər yazılıb.

Damla isə tənqidlərə belə cavab verib:

"Mən səssizliyi sevirəm. Kiminsə qəlbinə dəymədən, incitmədən, atmaca atmadan, qüruruna toxunmadan yaşamaqdan həzz alıram. Hər qəlbin bir ahı var. O ahı almaqdan qorxuram. Özünüzə, duyğularınıza, ruhunuza zaman ayırın. O bunu etdi, bura getdi, bunu dedi, deməklə dəyərli vaxtınızı kiminsə həyatını müzakirə edərək xərcləməyin. Ən gözəl günləri dua edin. Beyninizi başqalarının həyatını düşünməklə yükləməyin. Həyat o qədər qısadır ki, vallah dəymir. Kiməsə neqativ şərh yazıb, başqalarının yanında onu alçaltmaqdansa, özünə zaman ayır. Təmiz havada gəz, idmana başla.


Xəbərə aid foto