"Yanğından xəsarət alan olmayıb"


Digərləri 03 İyl 2019 11:36:00 208 0

"Yanğından xəsarət alan olmayıb"

Universitetin tədris mərkəzindəki yanğın zamanı heç bir tələbəyə zərər dəyməyib. 

Son.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında UNEC-in mətbuat xidmətinin rəhbəri Elnarə Məmmədova bildirib. 

Qeyd edək ki, bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yanğın olub.

Yanğın səhər saatlarında ali məktəbin əsas tədris binasındakı tədris mərkəzi otağında baş verib. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. 

Elnarə Məmmədova açıqlamasında yanğın təhlükəsinin sovuşduğunu, narahatlığa heç bir səbəb olmadığını bildirib: