Bakıda bu küçələrdə işıqforlar hələ də işləmir - SİYAHI


Digərləri 03 İyl 2019 11:29:00 205 0

Bakıda bu küçələrdə işıqforlar hələ də işləmir - SİYAHI

Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur

Bakı. Samir Əli - Elektrik təchizatının kəsilməsi ilə əlaqədar olaraq hazırda paytaxtın S.Vurğun küçəsinin N.Yusifbəyli küçəsi ilə, N.Yusifbəyli küçəsinin X.Şuşinski küçəsi ilə, Azadlıq prospektinin N. Yusifbəyli küçəsi ilə, C.Hacıbəyli küçəsinin N.Yusifbəyli və M.Mirqasımov küçələri ilə kəsişməsində işıqforlar işləmir. Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, Təbriz küçəsinin Ağa Nemətulla, Əhməd Rəcəbli küçələri ilə, Əhməd Rəcəbli küçəsinin F.Xoyski küçəsi ilə, F.Xoyski küçəsinin isə Ağa Nemətulla küçəsi ilə kəsişməsində işıqforların işi bərpa olunub. Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.