Kaliforniyada ticarət mərkəzində atışma:


Dünya 03 İyl 2019 10:51:00 201 0

Kaliforniyada ticarət mərkəzində atışma:

ABŞ-ın Kaliforniya ştatında atışma baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, atışma ştatın San-Bruno şəhərində ticarət mərkəzlərinin birində qeydə alınıb.

Hadisə yerinə çatan polis güllə yarası almış 2 nəfəri aşkar edib. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri stabil qiymətləndirilir.

İlkin məlumata görə, ticarət mərkəzində iki nəfər bir-birinə atəş açıb və hadisə yerində olan 2 yeniyetmə yaralanıb.